Komitə sədri Türkiyə Vəkillər Kollegiyasının İnsan hüquqları komissiyasının üzvü ilə görüşüb


Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Beynəlxalq Türk Müəllifləri Birliyinin, Türkiyə Məzunu Aydınlar və İş Adamları Platformasının üzvü, Türkiyə Vəkillər Kollegiyasının İnsan hüquqları komissiyasının üzvü, “Ekmen” Hüquq və Konsalting şirkətinin rəhbəri Səidə Ekmen ilə görüşüb.

Görüş zamanı Komitə sədri Səidə Ekmeni əlamətdar yubileyi münasibətilə təbrik edərək, onun ictimai fəaliyyətini və hüquq sahəsindəki xidmətlərini təqdir edib. Həm Azərbaycanda, həm də Türkiyədə insan hüquqları, vəkillik və ictimai əməkdaşlıq yönündə Səidə Ekmenin göstərdiyi səyləri vurğulayan Fazil Mustafa, belə çalışmaların iki qardaş ölkə arasında hüquqi və mənəvi bağların möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.

Fazil Mustafa Səidə Ekmenə təbrik məktubunu təqdim edib. Komitə sədri həmçinin, müəllifi olduğu yeni əsərlərini - üçcildliyini də onun üçün imzalayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran mövzular, o cümlədən hüquq, vətəndaş cəmiyyəti, Türk dünyasında ictimai həmrəyliyin gücləndirilməsi və s. istiqamətində fikir mübadiləsi aparılıb.

Səidə Ekmen səmimi qəbula və göstərilən diqqətə görə Fazil Mustafaya təşəkkürünü bildirib, Azərbaycanla Türkiyə arasında dostluq və hüquqi əməkdaşlığın dərinləşməsi naminə birgə fəaliyyətin önəmini vurğulayıb.


MANŞET XƏBƏRLƏRİ