Kremlin sözçüsü Peskov Qərb mətbuatında Rusiya xarici işlər naziri Lavrovun "gözdən düşdüyünü" və ABŞ dövlət katibi Rubio ilə görüşündən sonra istefaya göndəriləcəyi ilə bağlı xəbərləri təkzib edib.
Turkustan.az xəbər verir ki, Peskov Lavrovun paytaxt Moskvada Rubio ilə görüşündən sonra istefaya göndəriləcəyi ilə bağlı Qərb mətbuatında çıxan xəbərlərlə bağlı açıqlamalar verib.
Peskov iddiaları rədd edərək, "Sizə qısa cavab verəcəyəm: bu hesabatlarda heç bir şey həqiqəti əks etdirmir. Lavrov Rusiya xarici işlər naziri vəzifəsini yerinə yetirməyə davam edir" deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bu iddiaların yayılmasına çalışıldığını bildirərək, məqsədin təsir yaratmaq olduğunu bildirib.
Oktyabrın 20-də Lavrov və Rubio arasında telefon danışığı olub. Bu görüşdən sonra iki nazirin görüşü gözlənilirdi.
Aytən Yaşar/ Turkustan.az