Tramp: Qəzzada proses çox yaxşı gedir


ABŞ prezidenti Donald Tramp Qəzzada Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin (ISF) "çox yaxında" quruda fəaliyyətə başlayacağını bildirib.

Turkustan.az xəbər verir ki, Tramp Ağ Evdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan prezidentlərini qəbul etdiyi C5+1 sammitində xarici siyasət gündəmi ilə bağlı sualları cavablandırıb.

Hazırda “Qəzzada sülhün” yaxşı getdiyinə və atəşkəsin davam etdiyinə diqqət çəkən Tramp, region ölkələri və müttəfiqləri ilə sıx əməkdaşlıq etdiklərini bildirib.

Qəzzada atəşkəs və ondan sonrakı yenidənqurma prosesinə nəzarət etmək üçün qurulan ISF-nin nə vaxt quruda fəaliyyətə başlayacağı sualına Tramp, Çox yaxında başlayacaq. Qəzzada proses çox yaxşı gedir" cavabını verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ