Rusiya Dağıstan Muxtar Respublikasında helikopterin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Turkustan.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamaya görə, Dağıstan rayonunun Açisu qəsəbəsində Ka-226 helikopteri evin üzərinə düşüb.
Helikopterin qəzaya uğraması nəticəsində yanğın baş verib. Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
Hadisə ilə bağlı araşdırma başlanarkən, qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.
Bildirilib ki, helikopterdə Kizlyar Elektromexanika Zavodunun işçiləri olub.
Dağıstan Muxtar Respublikasının prezidenti Sergey Melikov Telegram kanalında verdiyi açıqlamada hadisə yerində işlərin davam etdiyini bildirib və əlavə edib: "İlkin məlumatlara görə, 4 nəfər həyatını itirib. Üç yaralı xəstəxanaya aparılıb".
Aytən Yaşar/ Turkustan.az