Qazaxıstan Xarici İşlər Nazirliyi ölkənin İbrahim razılaşmalarına qoşulduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyi açıqlamasında ölkənin İbrahim razılaşmalarına qoşulduğunu elan edərək, "Bu mühüm qərar yalnız Qazaxıstanın maraqlarına uyğun olaraq qəbul edilib və dövlətimizin balanslı, konstruktiv və sülhsevər xarici siyasətinin xarakteri ilə tam uyğundur" deyib.
Bəyanatda vurğulanıb ki, İbrahim Sazişlərində iştirak bütün müvafiq ölkələrlə əməkdaşlığı gücləndirəcək və bu səbəbdən Qazaxıstanın strateji hədəfləri ilə tam uyğundur.
Aytən Yaşar/ Turkustan.az