Livanın baş naziri Hizbullahla bağlı bəyanat yaydı


Hizbullahın "İsraillə danışıqlara qarşı olduğunu" bəyan etməsindən sonra baş nazir Navaf Salam müharibə və sülhlə bağlı qərarın yalnız hökumətə aid olduğunu vurğulayıb.

Turkustan.az xəbər verir ki, Paytaxt Beyrutda keçirilən Texnologiya və Süni İntellekt Sammitinə qatılan Baş nazir Salam Hizbullahın dünənki açıqlamasını dəyərləndirib.

Selam, "Hərbi və sülhlə bağlı qərar artıq bu hökumətin əlindədir və bu məsələdə hökumətdən başqa heç kim söz sahibi deyil" dedi.

Ölkədə silah üzərində dövlət inhisarının olmasının vacibliyini vurğulayan Selam, İsrailin Livan ərazisinə hücumlarına son qoymaq üçün işlərini davam etdirdiklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ