Prezident Kəramət Böyükçölün atasına vəzifə verdi


Şair, publisist Qəşəm Nəcəfova vəzifə verilib.

Turkustan.az xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Qəşəm Nəcəfov Azərbaycan Audiovizual Şurasının üzvü təyin edilib.

Qeyd edək ki, Nəcəfov Qəşəm Mirzə oğlu Nəcəfov 1 aprel 1957-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. 1981-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitiutunun (İndiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirmişdir.

Uzun illər İmişli rayonunda müxtəlif orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, dərs hissə müdirinin müavini vəzifələrində çalışmışdır. 1999-cu ildə Bakı şəhərinə köçmüşdür. Bakı şəhər orta məktəblərində psixoloq, Təfəkkür Universitetində və Bakı Slavyan Universitetində işləmişdir.

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, "Azərbaycan" jurnalının poeziya şöbəsinin müdiridir. "Mədəniyyət TV" kanalında "Və ya" proqramının müəllifi və aparıcısı, Teleraido Akademiyasında "Radio və televiziyanın dili" fənni üzrə müəllim kimi fəalyyət göstərir.

"Əməkdar mədəniyyət işçisi" fəxri adı ilə təltif edilmişdir.

O, yazıçı Kəramət Böyükçölün atasıdır. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ