Rumıniya Türkiyənin Aİ-ə üzvlüyünü dəstəkləyir


Rumıniyanın xarici işlər naziri Oana Toiu Türkiyənin Avropa Birliyinə (Aİ) tamhüquqlu üzvlüyünün Qara dənizdə təhlükəsizliyin təmin edilməsi üçün son dərəcə əhəmiyyətli bir məqam olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Toiu Xarici İşlər Nazirliyində xarici işlər naziri Hakan Fidan ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Buxarestin NATO Sənaye Forumuna ev sahibliyi etdiyini qeyd edən Toiu Türkiyə ilə fəal dialoq apardıqlarını, strateji tərəfdaşlıq ilə yanaşı əməkdaşlığı dərinləşdirmək və genişləndirmək istədiklərini bildirdi.

Gələn il Türkiyə ilə Rumıniyanın strateji tərəfdaşlığının 15-ci ildönümü olacağını xatırladan Toiu, "Bu gün bir daha Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının (YDSK) Buxarestdə keçirilməsinə qərar verdik. Gələn il bu toplantıya ev sahibliyi edəcəyik. Rumıniya prezidenti Nikuşor Danın dəvətini də prezident Ərdoğana təqdim etdim" dedi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ