Azərbaycanda həbs həyatı yaşayan livanlı erməni terrorçu Vigen Euljekyan ailəsi ilə əlaqə saxlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Linda Euljekyan erməni KİV-ə danışıb.
“Vigen cümə günü zəng etmişdi. Vəziyyətinin yaxşı olduğunu dedi. Siqaret və kartof istədi.
Siranuş Saakyandan xahiş etdik ki, bunları ona çatdırmağımız üçün hansı variantların olduğunu dəqiqləşdirsin. O bildirdi ki, hazırda bu məsələdə bizə kömək edə bilməzlər, çünki hər hansı bir əşyanı ötürmək üçün variant yoxdur”, – Linda Euljekyan deyib.
Qeyd edək ki, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Vigen Euljekyan 2021-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən 20 il müddətinə azadlıqdan məhrum edilib. /Globalinfo.az/