ABŞ İrandan Hizbullaha on milyonlarla dollar köçürən maliyyə operatorlarına sanksiya tətbiq edib.
Turkustan.az xəbər verir ki, ABŞ Dövlət Departamenti İrandan Hizbullaha pul köçürən maliyyə operatorlarına qarşı tətbiq edilən sanksiyalarla bağlı açıqlama yayıb.
Açıqlamada sözügedən şəxslərin İrandan Hizbullaha əhəmiyyətli miqdarda pul köçürmək və qeyri-qanuni ticarət əməliyyatları aparmaq üçün iş adamları və valyutadəyişmə məntəqələri ilə əməkdaşlıq etdikləri qeyd edilib.
ABŞ-ın İrandan Hizbullaha on milyonlarla dollar köçürən maliyyə operatorlarına sanksiya tətbiq etdiyi bildirilən açıqlamada, "İranın Hizbullaha gizli şəkildə maliyyə verdiyi" və ABŞ-ın sözügedən maliyyələşdirməni əngəlləyərək "Livana dəstək verməkdə qərarlı" olduğu vurğulanıb.
Bəyanatda İranın “Hizbullah”ı dəstəkləməklə “Livanın suverenliyini zəiflətdiyi” iddia edilib və əlavə edilib ki, ABŞ Livanı dəstəkləmək üçün “ixtiyarında olan bütün vasitələrdən istifadə etməyə davam edəcək”.
Bəyanatda sözügedən sanksiya qərarının 13224 saylı Prezidentin fərmanı əsasında alındığı, ABŞ-ın 8 oktyabr 1997-ci ildə Hizbullahı "Xarici Terror Təşkilatları (FTO)" siyahısına, 31 oktyabrda isə "Xüsusi Təyin edilmiş Qlobal Terrorçu (SDGT)" siyahısına əlavə etdiyi xatırladılıb.
Aytən Yaşar/ Turkustan.az