10 saatlıq iclasdan sonra İsrail Nazirlər Kabineti Baş nazir Benyamin Netanyahunun Qəzzaya hərtərəfli işğal planını təsdiqlədiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ mətbuatı qalmaqallı qərarın ardınca ilk addımı atan İsrail ordusunun sərhəddə hərbi birləşməyə başladığını yazıb.
İsrail Təhlükəsizlik Kabineti Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalı üçün yeni planı təsdiqləyib. Baş nazir Benyamin Netanyahunun ofisi kabinetin baş nazirin Qəzza şəhərinin işğalı təklifini təsdiqlədiyini açıqlayıb.
Yerli mənbələrin məlumatına görə, İsrail ordusu Qəzza zolağının hamısını işğal etməyə hazırlaşır. ABŞ-da yerləşən “Axios” xəbər saytının məlumatına görə bir İsrail rəsmisi ordunun planlaşdırdığı hücumun yalnız Qəzza şəhərini hədəf alacağını, qaçqın düşərgələri və digər bölgələrə yayılmayacağını bildirib.
Aytən Yaşar/ Turkustan.az