Suriya XİN: YPG ilə razılaşma yaxşı getmir


Suriya Xarici İşlər Nazirliyi Suriya hökuməti ilə SDF adından istifadə edən terror təşkilatı PKK/YPG arasında razılaşmanın həyata keçirilməsində irəliləyiş olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin Amerika məsələləri üzrə departamentinin direktoru Kutaybe İdlbi Suriyanın rəsmi “Əl-İhbariyyə” dövlət televiziyasına verdiyi açıqlamada terror təşkilatı PKK/YPG-nin Deyr əz-Zorda vilayətin resurslarını ələ keçirdiyini bildirib.

İdlbi martın 10-da PKK/YPG ilə imzalanan razılaşmanın həyata keçirilməsində indiyədək heç bir irəliləyiş olmadığını bildirib.

İdlbi, ABŞ-ın Suriya hökuməti ilə müxtəlif mövzularda tam anlayışla hərəkət etdiyini ifadə edərək, Fransanın paytaxtı Parisdə PKK/YPG ilə keçiriləcək məsləhətləşmə görüşünün tam inteqrasiyaya yönəlmiş davam edən danışıqların davamı olduğunu vurğulayıb.

İdlbi, ABŞ və Fransanın Suriyanın birliyini qorumaq üçün addımların tamamlanmasının zəruriliyinə inandıqlarını ifadə edərək, Fransa rəsmilərinin mövqeyinin suriyalıların arzuladığı həllə nail olmaq üçün Parisin PKK/YPG-yə təzyiq etməyə hazır olduğunu nümayiş etdirdiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ