Rusiya-Ukrayna müharibəsinin bitməsini müzakirə etmək üçün yenidən İstanbulda bir araya gələn iki ölkənin nümayəndə heyətləri bir çox mövzuda fikir ayrılığını davam etdirir.
Turkustan.az xəbər verir ki, Ukrayna lideri Zelenski və ABŞ prezidenti Tramp Rusiya lideri Putinin liderlər sammitində iştirak etməli olduğunu vurğulasa da, Kreml bu tələbi yenidən rədd edib.
Kreml Rusiya prezidenti Vladimir Putinin ukraynalı həmkarı Vladimir Zelenski ilə avqustun sonundan əvvəl görüşməsinin çətin olduğunu bildirib.
Ukraynalı nümayəndə dünən iki ölkə arasında sülh danışıqlarının sonuncu qısa raundundan sonra bildirib ki, Kiyev Putin-Zelenski görüşünün avqustda keçirilməsini təklif edib, çünki bu, Trampın keçən həftə razılaşma üçün təyin etdiyi 50 günlük müddətlə üst-üstə düşəcək.
Tramp sentyabrın əvvəlinə qədər razılaşma əldə olunmasa, Rusiya və onun ixracat alıcılarına qarşı yeni sanksiyalarla hədələyib.
Aytən Yaşar/ Turkustan.az