Ermənistanın keçmiş millət vəkili Ruben Akopyan saxlanılıb.
Turkustan.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, Akopyan cari ilin iyulun 1-də verdiyi müsahibədə hakimiyyəti zorakılıqla ələ keçirmək barədə açıq çağırış edib. Bu səbəbdən ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi ilə cinayət işi açılıb. /axar.az/