İsrailin Suriyaya hücumlarından sonra xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə telefonla danışıb.
Turkustan.az xəbər verir ki, Hakan Fidan İsrailin hücumlarının narahatlıq doğurduğunu bildirib.
Nazir Fidan PKK/YPG terror təşkilatına da diqqət çəkərək: "YPG-nin müəyyən fəaliyyətlə məşğul olduğu ilə bağlı xəbərlər də alırıq. Onlara mesajımız odur ki, açıq deyim: buradakı qarışıqlıqdan istifadə edib arzuolunmaz vəziyyətə düşməyin. Suriyadakı kritik və həssas prosesi daha da çətinləşdirməyin. Onlar da bununla bağlı ciddi, konstruktiv rol oynamalıdırlar"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az