Almaniya: Rusiya bizə sülh içində yaşamağa imkan vermir


Almaniyanın xarici işlər naziri Johann Vadephul bəyan edib ki, Moskvanın məqsədi “Avropanı içəridən bölmək”dir və Rusiya onlara “sülh içində yaşamağa” imkan vermir.

Turkustan.az xəbər verir ki, Vadeful Avstriyanın “Krone” qəzetində aktual beynəlxalq problemlərə dair yazılı açıqlama verib.

"Özlərini aldatmamaları" lazım olduğunu və Rusiya ilə müharibə etmədiklərini ifadə edən Vadephul: "Ancaq bu, Rusiyanın sülh içində yaşamağa icazə verdiyi anlamına gəlmir. Rusiya geniş miqyasda silahlanır və bu, kiberhücumlar, təxribat və dezinformasiya kampaniyaları ilə müşayiət olunur" dedi.

Vadephul qeyd edib ki, Moskvanın məqsədi “Avropanı içəridən parçalamaq və nizamı pozmaqdır” və bu səbəbdən onlar hərəkətə keçərək Almaniyanın müdafiəsini gücləndiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ