Makronun arvadı növbəti dəfə onu pərt elədi - VİDEO


İyulun 8-də Daily Mirror xəbər verir ki , Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Böyük Britaniyaya çatdıqdan sonra ona təyyarənin pilləkənlərini endirmək üçün uzatdığı əlini qəbul etməkdən imtina edib.

Turkustan.az
xəbər verir ki, videoda Makronun təyyarənin pilləkənləri ilə enərkən həyat yoldaşına əlini uzatdığı görünür. Lakin Bricit onun əlini qəbul etməkdən imtina etdi və onun əvəzinə tutacaqdan istifadə edərək onu aşağı saldı.

Nəticədə Fransa lideri əlini aşağı salaraq cütlüyü salamlayan şahzadə Uilyam və şahzadə Keyt Middltona üz tutub.
Mayın 26-da BMF TV xəbər verib ki, Vyetnama səfəri zamanı Bricit əri Makrona sillə vurub. Fransa prezidenti daha sonra bunun zarafat olduğunu açıqlayıb . Fransız hüquqşünas Fransua Dangléan həyat yoldaşları arasındakı vəziyyətin ölkəni ələ saldığını qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ