Ukrayna ordusu Rusiyanın bu iki vilayətinə girəcək - Sırski açıqladı


Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Aleksandr Sırski Kursk və Belqorod vilayətlərində Ukrayna hərbçilərinin mövqelərini bərpa etməyə çağırıb.

Turkustan.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

Sırski qeyd edib ki, o, Ali Baş Komandanın qərargahının iclasında cəbhədəki vəziyyətlə bağlı məruzə edib.

"Mən Rusiya Federasiyasının Kursk və Belqorod vilayətlərində mövqelərin bərpa edilməsi və ərazilərin saxlanmasının zəruriliyini qeyd etdim ", - Sirski bildirib.

O, çıxışında Ukrayna Silahlı Qüvvələrinin Krasnoarmeysk (Pokrovski) və Novopavlovsk istiqamətlərindəki tapşırıqlarına da diqqət çəkib./publika.az


MANŞET XƏBƏRLƏRİ