ABŞ prezidenti Donald Tramp HƏMAS-ın müsbət cavab verdiyi Qəzza razılaşmasının gələn həftə edilə biləcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, prezident Donald Tramp cümə günü bildirib ki, HƏMAS-ın ABŞ-ın vasitəçiliyi ilə Qəzzada atəşkəs təklifinə "pozitiv ruhda" cavab verməsi müsbətdir.
“Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verən Tramp gələn həftə Qəzzada atəşkəs razılaşmasının əldə oluna biləcəyini, lakin danışıqların hazırkı vəziyyəti ilə bağlı ona məlumat verilmədiyini deyib.
Aytən Yaşar/ Turkustan.az