NATO-nun baş katibi Mark Rutte Hollandiyanın Haaqa şəhərində keçirilən NATO Sammiti çərçivəsində Müdafiə Sənayesi Forumunda Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von der Leyen ilə birgə paneldə çıxış edib.
Turkustan.az xəbər verir ki, baş katib çıxışında bunları bildirib:
"Bu gün NATO-nun hərbi üstünlüyü sürətlə silahlanan, Çin texnologiyası ilə dəstəklənən, İran və Şimali Koreya silahları ilə təchiz edilmiş Rusiya tərəfindən aqressiv şəkildə təhdid edilir".
Rutte Türkiyəyə də toxunaraq , Aİ ölkələrinin Türkiyə kimi NATO müttəfiqləri ilə əməkdaşlıq etməli olduqları mesajını verib. Bunun gözardı edilməməsi lazım olduğuna diqqət çəkən katib: "Türkiyənin çox böyük bir müdafiə sənayesi bazası var. Onların bəzi şirkətlərini ziyarət etdim, həqiqətən təsir edicidir" deyib.
"Türkiyə müdafiə sənayesi bazasının İngiltərə, Norveç və AB ilə mümkün olduğu qədər sıx bağlı olmasını təmin etməliyik. NATO-da maneələrin qurulmasına imkan verməyək. Bunun heç bir faydası olmayacaq"-deyə, o əlavə edib.
Aytən Yaşar/ Turkustan.az