“İran kampaniyası bitməyib” – İsrail yeni mərhələyə keçir


İsrailin İrana qarşı hərbi əməliyyatları hələ bitməyib.

Turkustan.az xəbər verir ki, bunu İsrailin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir deyib.

Onun sözlərinə görə, hazırda diqqət Qəzza zolağındakı əməliyyatlara yönəldiləcək.

“Biz əhəmiyyətli bir mərhələni başa vurduq, lakin İrana qarşı kampaniya hələ tamamlanmayıb. Hazırkı uğurlarımız əsasında yeni mərhələyə daxil oluruq”, – deyə Zamir bildirib.

İsraildə, həmçinin, Təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsindən sonra İsrailin Daxili Cəbhə Komandanlığı ölkə ərazisində İranla toqquşmalar səbəbilə tətbiq edilmiş bütün məhdudiyyətləri ləğv edib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ