Müharibənin 8-ci günü! İsrailin kibertəhlükəsizlik mərkəzi məhv edildi


Dünyanı narahat edən müharibə 8-ci gününə qədəm qoydu.

Turkustan.az xəbər verir ki, İran İsrailin cənubundakı Beersheba şəhərini raketlərlə vurub, qatar stansiyasına ciddi ziyan dəyib. İsrail ordusu “Raketləri ələ keçirə bilmədik” bəyanatı verərkən, İranın növbəti addımı kibertəhlükəsizlik mərkəzi oldu. Raketlər yağan mərkəz bir neçə dəqiqə ərzində məhv edilib.

İranın Baş Qərargah rəisi Baqeri və İnqilab Keşikçiləri Korpusunun komandanı Səlami kimi yüksək rütbəli hərbçilər də daxil olmaqla, İsrailin hücumları nəticəsində azı 227 nəfər həlak olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ