Litvanın keçmiş xarici işlər naziri Qabrielyus Landsberqis Ukraynanı Rusiyanın neft obyektlərinə zərbə endirməyə çağırıb.
Turkustan.az xəbər verir ki, o, bu çağırışı "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Nazir öz postunda İranın ən böyük neft obyektlərini göstərən xəritəni əlavə edib və qeyd edib ki, İsrailin hücumları İran üçün əsas valyuta mənbəyi olan neft hasilatını azaltmaq məqsədi daşıyır.
"Mən əminəm ki, Ukrayna eyham alacaq. Rusiya nefti qanuni hədəfdir", - Landsberqis yazıb.
Bu arada “Financial Times” yazıb ki, ABŞ Ukraynanı qlobal enerji qiymətlərinin artmasından ehtiyat edərək, Rusiyanın yanacaq-energetika obyektlərinə zərbə endirməkdən çəkinməyə çağırıb./publika.az