Venezuela prezidenti Nikolas Maduro İsrailin İrana hücumları ilə başlayan münaqişə ilə bağlı yəhudi xalqına müraciət edərək, baş nazir Benyamin Netanyahunu dayandırmağa çağırıb.
Turkustan.az xəbər verir ki, VTV dövlət televiziyasında İsrailin baş naziri Binyamin Netanyahunu hədəf alıb və yəhudi xalqına müraciət edib.
"Qanımda axan bu irs adına, mən bütün dünyadakı nəcib yəhudi xalqına və işğal olunmuş Fələstin ərazilərində və ya İsrail dövlətinin sərhədləri daxilində yaşayanlara müraciət edirəm. Siz müharibəni dayandırmalısınız, Netanyahunu dayandırmalısınız və bütün qonşu ölkələrlə müharibənin bu cəhənnəm çılğınlığına son qoymalısınız".
Maduro, iyunun 15-də verdiyi açıqlamada: "Onların Qəzzada və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı qırğınlar törətməsinə icazə verildi və onlar buna səssiz qaldılar. Minlərlə uşaq, qadın, kişi və qocanı öldürmək üçün onları (İsraili) silahlandırdılar, onlara pul, təyyarə və raketlər verdilər" dedi.
Aytən Yaşar/ Turkustan.az