İran İsrailin "Hermes 900" təyyarəsini 8 raketlə məhv edib - FOTO


Döyüşün 6-cı günündə İsrailə qarşı güclü hücumlar təşkil edən İran ordusu 8 raketlə vurulan, lakin heç istifadə olunmayan Hermes 900 model PUA-nı məhv edib.

Turkustan.az xəbər verir ki, IRIB News İsrailin Hermes 900 raketinin vurulduğunu açıqlayıb. İran xəbər agentliyinin hadisə yerində olan müxbiri deyib: "Bu, İsfahanın şərqindəki bölgələrdən biridir. Bu gün səhər saat 05:00 radələrində İran İslam Respublikası Ordusunun şərəfli hava hücumundan müdafiə qüvvələri yüksək səviyyəli "Hermes" pilotsuz uçuş aparatını məhv edib".

“Hermes 900 modeli İsfahanın şərqində səkkiz təkmil raketlə hədəfə alınıb və vurulub”, - xəbər agentliyi əlavə edib. Hermes 900 İsraildə yerləşən Elbit Systems şirkəti tərəfindən orta hündürlükdə taktiki missiyalar üçün nəzərdə tutulmuş çoxməqsədli, uzun mənzilli pilotsuz uçuş aparatıdır.

İran İsrailin Hermes 900 təyyarəsini 8 raketlə məhv edib

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ