ABŞ-ın İraqdakı Bağdad səfirliyinin artan təhlükəsizlik riskləri səbəbindən boşalmağa hazırlaşdığı barədə açıqlamadan sonra bu gün səfirlikdən yeni açıqlama gəlib.
Turkustan.az xəbər verir ki, ABŞ-ın Bağdaddakı səfirliyi Amerika vətəndaşlarına "İraqa səfər etməmək" barədə xəbərdarlıq edib.
ABŞ-ın İraqın Bağdad səfirliyindən verilən yazılı açıqlamada aşağıdakı ifadələr yer alıb:
“Dövlət Departamenti iyunun 11-də ABŞ hökumətinin fövqəladə olmayan əməkdaşlarına regionda gərginliyin artması səbəbindən ölkəni tərk etməyi əmr edib.
Terrorizm, adam oğurluğu, silahlı qarşıdurma, vətəndaş iğtişaşları və ABŞ hökumətinin İraqdakı ABŞ vətəndaşlarına təcili yardım xidmətləri göstərmək imkanının məhdud olması səbəbindən İraqa səfər etməyin. Heç bir səbəbdən İraqa getməyin”.
Aytən Yaşar/ Turkustan.az