Katolikosu kimlər seçir? Subaylıq andı nədir? - II Qareginə çevrilmiş Ktriç Nersisyanın bioqrafiyası


Ermənistanda hökumətlə kilsə, konkret desək, baş nazir Nikol Paşinyanla Erməni Apostol Kilsəsinin rəhbəri, Bütün Ermənilərin Katolikosu II Qaregin arasında münaqişə açıq və sərt müstəviyə keçib. Paşinyan II Qaregini subaylıq andını pozmaqda ittiham edib və deyib ki, katolikosun hətta övladı da var. “Bütün Ermənilərin Katolikosunun bu cür şəxsi həyatı ola bilməz” deyən baş nazir hesab edir ki, II Qaregin daha katolikos postunda qalmamalıdır.

Katolikosu kimlər seçir? Subaylıq andı nədir? Onu pozanı nə gözləyir? <span style=color:red>II Qareginə çevrilmiş Ktriç Nersisyanın bioqrafiyası

Ermənistanda katolikosu kimlər seçir? Ümumiyyətlə Erməni Apostol Kilsəsi, subaylıq andı nə deməkdir? Nəyə görə ailəsi, övladı olan katolikos postunda otura bilməz? II Qaregin kimdir, nə vaxtdan katalikosdur?

Medianews.az bu və digər suallara aydınlıq gətirməyə çalışıb.

II Qareginin əsl ad-soyadı belədir: Ktriç Nersisyan. O, 1951-ci ildə Ermənistanın Armavir vilayətinin Voskehat kəndində doğulub. 1965-ci ildə Eçmiədzin Ruhani Seminariyasına daxil olub. 1971-ci ildə məzun olduqdan sonra keşiş kimi fəaliyyətə başlayıb. 1972-ci ildə kahin rütbəsi alıb. Sonrakı illərdə o, dini təhsilini xaricdə, xüsusilə də Avstriyada və Vatikanda davam etdirib.

1999-cu ilin noyabrında Bütün Ermənilərin Katolikosu I Qaregin öləndən sonra Erməni Apostol Kilsəsinin ali orqanı – Kilsə Milli Məclisi Ktriç Nersisyanı katolikos seçib. O vaxtdan Nersisyan özünə II Qaregin adını götürüb.

Katolikosu kimlər seçir? Subaylıq andı nədir? Onu pozanı nə gözləyir? <span style=color:red>II Qareginə çevrilmiş Ktriç Nersisyanın bioqrafiyası

II Qareginin rəhbərliyi dövründə Eçmiədzin kilsəsində və ətrafında tikinti və restavrasiya işləri aparılıb, yeni dini muzeylər, seminariyalar tikilib.

II Qaregin daima Ermənistanın siyasi hakimiyyəti, erməni diasporu, ABŞ, Rusiya, Fransa və Yaxın Şərqdəki erməni kilsələri ilə sıx əlaqələri olan şəxs kimi tanınıb.

Eyni zamanda o, şəxsi var-dövləti, bahalı avtomobilləri və dəbdəbəli yaşayış tərzinə görə dəfələrlə erməni ictimaiyyəti və mediası tərəfindən tənqid olunub. 2018-ci ildə Ermənistanda baş verən “məxməri inqilab”dan sonra onun istefası tələb edilmişdi. İrəvanda və başqa şəhərlərdə “Yeni Ermənistan, yeni katolikos” şüarı ilə aksiyalar keçirilmişdi. II Qareginin kilsədəki konservativ yanaşmaları və siyasi hakimiyyətlə yaxınlığı da xüsusilə gənc ermənilər və ziyalılar arasında həmişə qıcıq doğurub.

Müxtəlif pravoslav, katolik və protestant liderlərlə dəfələrlə görüşlər keçirmiş II Qaregin qondarma “erməni soyqırımı” məsələsinin beynəlxalq dəstək qazanması üçün ciddi səy göstərənlərdəndir.

Katolikosu kimlər seçir? Subaylıq andı nədir? Onu pozanı nə gözləyir? <span style=color:red>II Qareginə çevrilmiş Ktriç Nersisyanın bioqrafiyası

Erməni Apostol Kilsəsi xristian kilsələrindən biridir və ermənilərin milli-dini kimliyinin əsas sütunlarından sayılır. Erməni kilsəsi tarixən tək dini yox, həm də siyasi işlərdə rol alıb.

Erməni Apostol Kilsəsi ortodoks sayılır, amma Miafizit teologiyanı qəbul edir. Bu, erməni kilsəsini Roma katolik, yunan pravoslav və protestant kilsələrindən ayırır. Miafizitlik – İsa Məsihin ilahi və insani təbiətinin ayrılmaz şəkildə birləşdiyini ifadə edən anlayışdır.

Erməni kilsəsi dörd əsas mərkəzə malikdir. Mərkəzlər bir-biri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir: ana taxt-tac Ermənistanda, Eçmiədzin şəhərində yerləşir, bu taxtda katolikos oturur, qalan üç mərkəz isə Livan, İsrail və Türkiyədədir.

Erməni kilsəsi Ermənistan Respublikasında konstitusiya ilə xüsusi statusa malikdir. Təhsil və ordu sahələrində müəyyən mənəvi və ideoloji təsir gücünə sahibdir. Dövlət tədbirlərində rəsmi təmsilçiliklə çıxış edir.

Subaylıq andı (və ya subaylıq əhdi) – dini və mənəvi həyat tərzinin bir hissəsi olaraq, insanın evlənməkdən, ailə qurmaqdan və cinsi münasibətdən şüurlu şəkildə imtina etməsi barədə verdiyi ciddi və daimi sözdür. Bu, xüsusilə xristianlıqda geniş yayılmış bir anlayışdır və əsasən rahiblər, rahibələr, keşişlər və digər dini xidmətçilər tərəfindən qəbul edilir.

Katolikosu kimlər seçir? Subaylıq andı nədir? Onu pozanı nə gözləyir? <span style=color:red>II Qareginə çevrilmiş Ktriç Nersisyanın bioqrafiyası

Subaylıq andı – dindən asılı olaraq əsas bu məqsədlərə xidmət edir:

Tanrıya tam bağlılıq – insan bütün diqqətini və sevgisini Tanrıya yönəldir, evlilik və ailə qayğılarından uzaq qalaraq yalnız ilahi xidmətə fokuslanır.

Ruhani saf həyat – cinsi münasibətdən uzaq qalmaqla ruhi saflıq və mənəvi yüksəklik hədəflənir.

Xidmət azadlığı – subay olan din xadimi daha rahat şəkildə cəmiyyətə, kilsəyə və insanlara xidmət edə bilir, çünki ailə məsuliyyəti yoxdur.

Subaylıq əhdi daha çox katolik kilsəsində və bəzən ortodoks ənənələrdə mövcuddur.

Katolik kilsəsində bütün rahiblər, rahibələr və monastır həyatını seçənlər subaylıq andı verirlər. Roma Katolik Kilsəsində adi bir keşişin evlənməsinə icazə yoxdur. Bu, kilsənin rəsmi qanunvericiliyi ilə tənzimlənir. And verən şəxs həm fiziki, həm də düşüncə səviyyəsində subay və təmkinli qalmağa söz verir.

Ortodoks (pravoslav) kilsəsində subaylıq andı daha çox rahib həyatı yaşayanlar üçündür. Ortodoks keşişləri əgər evli deyillərsə, keşişliyə təyin olunandan sonra evlənə bilməzlər. Amma bəzi ortodoks keşişlər evli ola bilər, lakin onlar yepiskop (baş ruhani) seçilmirlər.

Katolikosu kimlər seçir? Subaylıq andı nədir? Onu pozanı nə gözləyir? <span style=color:red>II Qareginə çevrilmiş Ktriç Nersisyanın bioqrafiyası

Erməni Apostol Kilsəsində katolikos, yepiskoplar və monastır həyatı seçənlər subaylıq əhdi verirlər. Bu, onların ruhani və dini xidmətə tam bağlı qalmasını simvolizə edir. Sadə keşişlər arasında evli olanlar ola bilər, amma yüksək dini vəzifələr üçün subaylıq şərtdir.

Subaylıq andı çox ciddi əhd sayıldığından onu pozan din xadimləri ciddi tənbeh və ya kilsədən xaric olma ilə qarşılaşa bilərlər. Bu, həm mənəvi, həm də institusional etimadın pozulması kimi qiymətləndirilir.


MANŞET XƏBƏRLƏRİ