Artıq bir neçə gündür ki, sərhəddə ölmüş ukraynalı əsgərlərin cəsədləri olan qoşqular dayanır.
Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bir fakt var, təkzibedilməzdir: biz bir neçə gündür ki, Ukrayna Silahlı Qüvvələrinin həlak olan əsgərlərinin cəsədlərini Ukrayna tərəfinə təhvil verməyə hazırıq. Əlaqələr qurulur, lakin biz sizə hələlik başqa heç bir konkret məlumat verə bilmərik”-deyə, o vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az