ABŞ prezidenti Donald Tramp İranı hərbi əməliyyatla hədələyən İsrailin baş naziri Benyamin Netanyahudan danışıqlar variantını nəzərdən keçirməyi xahiş edib.
Turkustan.az xəbər verir ki, Tramp İsrailin baş naziri Netanyahu ilə telefon danışığı barədə mətbuata məlumat verib.
Netanyahu ilə bir çox mövzunu müzakirə etdiyini bildirən Tramp: İranla bağlı danışıqları da təklif etdiyini söyləyərək: "Netanyahuya dedim İranla danışıqlar aparmalısan. Bu şəkildə daha yaxşı ola bilərsən. Bu, sənə verə biləcəyim günün ideyası ola bilər. Elə indi qalx və müzakirə et" deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az