Rusiya: Ukrayna ilə təmaslar mütləq davam edəcək


Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə danışıqların yeni raundu üçün hələlik razılığın olmadığını bildirib və əlavə edib ki, “təmaslar mütləq davam edəcək”.

Turkustan.az xəbər verir ki, Peskov paytaxt Moskvada bəzi aktual mövzularla bağlı jurnalistlərin suallarını cavablandırıb.

Həftə sonu üçün planlaşdırılan, lakin Ukrayna ilə baş tutmayan əsir mübadiləsi və əsgər cəsədlərinin geri qaytarılması ilə bağlı danışan Peskov: "Mütəxəssislərimiz mübadilənin baş tutacağı yerdədir və razılaşmaları həyata keçirməyə hazırıq. Gözləyək, görək Ukraynanın yanaşması necə inkişaf edəcək"-deyə, bildirib.

Peskov Rusiyanın İstanbulda Ukrayna ilə aparılan danışıqlarda əldə olunan razılaşmalara əməl etdiyini vurğulayaraq: "Eyni şey Ukrayna üçün keçərli deyil. Rusiya İstanbulda əldə olunan razılaşmaları həyata keçirməyə hazır olmağa davam edir" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ