Amerika iqtisadiyyatı Ukrayna ilə nadir torpaq metalları sövdələşməsindən çox qazanmayacaq.
Turkustan.az xəbər verir ki, bunu TASS-a müsahibəsində amerikalı iqtisadçı və Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.
Saks ABŞ iqtisadiyyatının Ukrayna ilə nadir metallar üzrə sazişdən fayda görəcəkmi sualına belə cavab verib: “Əslində yox”.
"Biz bilmirik - heç kim dəqiq bilmir - hansı ehtiyatlar var, onları çıxarmaq nə qədər sərfəlidir, neçə il çəkəcək, bu metalların emalı və təmizlənməsi necə təşkil olunacaq. Düşünürəm ki, Ukraynanın mədən aktivləri ətrafında çoxlu şırnaqlar var. Ola bilsin ki, həqiqətən də orada nəsə var, amma mən bunun bir növ qızıl olduğunu düşünmürəm"-deyə, bildirib.
Aytən Yaşar/ Turkustan.az