Tramp: Aİ-nin tarif qərarına yenidən baxmayacam


Tramp Aİ-nin 50%-lik idxal rüsumunu yenidən nəzərdən keçirmək niyyətində olmadığını bildirib, lakin danışıqlara hazır olduğunu təsdiqləyib.

Turkustan.az xəbər verir ki, Tramp Ağ Evdəki müxbirin 50%-lik rüsumların qüvvəyə minməsi ilə bağlı iyunun 1-dən əvvəl Aİ ilə razılaşmanın mümkünlüyü barədə sualına cavabında deyib: "Mən razılığa gəlmək fikrində deyiləm. Artıq 50%-lik tariflərlə razılaşmamız var. Amma yenə də, Aİ ölkələri burada zavodlar inşa etsələr, tariflər tətbiq edilməyəcək. Əgər kimsə gəlib burada zavod tikmək istəsə, onlar zavodu tikərkən bir qədər gecikməyi müzakirə edə bilərik. Məncə, bu, məqsədəuyğun olardı"-deyə, Amerika lideri izah edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ