İsrail diplomatlarını öldürən hücumçunun ilk sözləri: “Mən bunu Qəzza üçün etdim”


ABŞ-ın paytaxtı Vaşinqtonda bir muzeydə keçirilən tədbir zamanı İsrail səfirliyində çalışan 4 nəfərə silahla hücum edilib.

Turkustan.az xəbər verir ki, hadisə nəticəsində biri qadın olmaqla iki səfirliyin əməkdaşı həyatını itirib, digər ikisi isə yaralanaraq xəstəxanaya aparılıb.

Böyükşəhər Təhlükəsizlik Müdiri Pamela A. Smithin verdiyi məlumata görə; Hücum edən şəxs tədbirdən əvvəl bir müddət muzeyi gəzib, sonra silahını çıxararaq camaata atəş açıb. Təhlükəsizlik qüvvələri tərəfindən qısa müddətdə müdaxilə edilən hücumçu hadisə yerində saxlanılıb.

Bildirilib ki, saxlanılan 30 yaşlı Elias Rodriguez ələ keçirilərkən “Azad Fələstinə” şüarını səsləndirib. Hücum edən şəxsin hadisə yerindən qaçmadığı, hadisə şahidi kimi davranaraq polisə yaxınlaşaraq, “Mən bunu etdim, Qəzza üçün etdim” dediyi bildirilib.

İsrailli diplomatları öldüren saldırganın ilk sözleri: Ben yaptım, Gazze için yaptım

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ