İranın xarici işlər naziri Abbas Erakçi uranın zənginləşdirilməsi ilə bağlı ABŞ ilə fikir ayrılıqlarının olduğunu və bu məsələni həll etmədən razılığa gələ bilməyəcəklərini bildirib.
Turkustan.az xəbər verir ki, Erakçi: “İndiyə qədər biri Romada, üçü Maskatda olmaqla dörd raund danışıqlar apardıq və deyə bilərəm ki, bu danışıqlar hörmətli bir mühitdə keçdi”-deyə, bildirib.
Tərəflərin bir çox sahədə bir-birini daha yaxşı başa düşmə nöqtəsinə gəldiyini bildirən Erakçi bəzi məsələlərdə fikir ayrılıqlarının davam etdiyini bildirib.
"Bizimlə Amerika tərəfi arasında xüsusilə (uranın) zənginləşdirilməsi məsələsində ciddi fikir ayrılığı var və bu həll olunmayana qədər razılığa gələ biləcəyimizi düşünmürəm"-deyə, Erakçi bildirib.
İran və ABŞ arasında nüvə danışıqlarında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi dünən özünün X sosial media hesabında İran-ABŞ danışıqlarının 5-ci raundunun cümə günü, mayın 23-də Romada keçiriləcəyini bildirib.
Aytən Yaşar/ Turkustan.az