Qəzzaya yardım axını "okeanda damla" olaraq qalır


20 aydır İsrailin hücumu altında olan Qəzzada gündəlik 500 TIR humanitar yardım və 50 TIR yanacaq lazım olduğu halda, 3 gündə cəmi 87 TIR humanitar yardım paylanılıb.

Turkustan.az xəbər verir ki, İsrailin 7 oktyabr 2023-cü il tarixindən bəri tətbiq etdiyi hücumlar və blokada səbəbiylə humanitar böhranın yaşandığı, gündəlik 500 TIR yardım materialı və 50 TIR yanacağa ehtiyac duyulan Qəzza zolağında 3 gün ərzində cəmi 87 TIR humanitar yardım materialı paylanılıb.

Hazırda İsrailin hücumları və humanitar yardım embarqosu altında 2 milyondan çox fələstinlinin yaşadığı Qəzza zolağında paylanan 87 yük maşınının insanların həyatlarını davam etdirmək ehtiyaclarını ödəməkdən uzaq olduğu qiymətləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ