Rusiya lideri Vladimir Putinin ABŞ sanksiyalarına məruz qalmasına sayılı günləri qalıb.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ senatorları Riçard Blümental və Lindsi Qremin birgə bəyanatında qeyd olunub.
“Rusiyanın məsələyə ciddi yanaşacağına inam yoxdur və Putin hələ də oyun oynayır. Rusiya yaxın bir neçə gün ərzində atəşkəs şərtləri ilə bağlı öz sənədini təqdim etməyə razılaşıb. Onun məzmunu əsasən Rusiyanın sülhə ciddi yanaşdığını göstərəcək. Vəziyyət olduğu kimi qalarsa, Rusiya ABŞ Senatından qəti addım gözləyə bilər”, - qeyd olunub. /axar.az/