Ağcaqanadların daha çox cəlb etdiyi qan qrupu məlum olub.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın “Gemotest” laboratoriyasının eksperti Aleksandra Filyova məlumat yayıb.
Ekspertin sözlərinə görə, I qan qrupuna sahib olan şəxslər ağcaqanadların hücumuna daha çox məruz qalırlar. II qan qrupuna malik insanlar isə nisbətən daha az risk altındadır. Qan qrupuna görə ən az hücum riski III və IV qruplu şəxslərdə müşahidə olunur.
Aleksandra Filyova bildirib ki, ağcaqanadlar təkcə qan qrupuna deyil, həm də nəfəs zamanı buraxılan karbon qazının miqdarına qarşı da həssasdırlar. Bu səbəbdən də fiziki cəhətdən aktiv insanlar, hamilə qadınlar və artıq çəkidən əziyyət çəkən şəxslər ağcaqanadların hədəfi olurlar. /Bakıvaxtı.az/