Ukrayna ilə sərhəddə bufer zonası yaradırıq - Putin


Rusiya Federasiyası ilə Ukrayna arasında sərhəddə təhlükəsizlik bufer zonasının yaradılması barədə qərar qəbul edilib.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə operativ müşavirədə bildirib. Əlavə edib ki, hazırda silahlı qüvvələrimiz bu problemi həll edir.

Putin qeyd edib ki, Kursk, Belqorod və Bryansk vilayətlərindəki vəziyyəti nəzərə alaraq, dağıdılan hər şeyi bərpa etmək və yenidən qurmaq, insanların təhlükəsizlik şəraitinin imkan verdiyi doğma kənd və qəsəbələrə qayıtmasına kömək etmək üçün işə başlamaq lazımdır. Bundan əlavə, bütün nəqliyyat və digər infrastrukturun bərpası, sənaye və kənd təsərrüfatı müəssisələrinin stabil fəaliyyətinin təmin edilməsi, sahibkarlara və onların kollektivlərinə dəstək vermək lazımdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ