Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan sosial şəbəkələrdə onu təhqir edənlərə sərt reaksiya verib.
Turkustan.az xəbər verir ki, baş nazirin xanımı onu təhqir edənləri qorxaq və cahil adlandırıb.
“Paylaşımlarıma verilən reaksiyalara baxıram və özümü çox pis hiss edirəm. Niyə qorxursunuz, nədən qorxursunuz? Artıq bir neçə ildir məni söyürsünüz. Məni “əxlaqsız, yırtıcı və mafiya üzvü”nə çevirmiziniz. Ailəmi, övladlarımı ləkələyirsiniz. Dilinizin sümüyü yoxdur, nə istəsəniz, deyirsiniz, tərbiyəsizliyinizin hüdudu yoxdur.
Mən sizinlə sizin dilinizdə danışıram. Belə çıxır ki, siz başqa dil başa düşmürsünüz. Deyəsən, sizin başa düşə biləcəyiniz bir dilə keçməli olacağam.
Qorxmayın, heç nədən qorxmayıb. Amma siz müharibədən də, sülhdən də, düşməndən də, dostdan da, deyilən-deyilməyən sözdən də qorxursunuz. Çünki siz cahilsiniz. Nə qədər az bilik varsa, dünyagörüşün dar və dünyanı qavrayışın daha məhdud olur, hər şey, hətta bir söz də qorxulu görünür”, - Akopyan bildirib.
Ermənistan baş nazirinin həyat yoldaşı erməniləri təhsil almağa çağırıb: “Siz təhsil almağa məcbur və borclusunuz. Beyninizi havalandırmaq lazımdır”. /Teleqraf/