İddialara görə, ABŞ prezidenti Donald Tramp bəzi Avropa liderləri ilə telefon danışığında "Rusiya prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsini bitirməyə hazır deyil, çünki o, qalib gəlmək yolunda olduğunu düşünür" deyib.
Turkustan.az xəbər verir ki, "Vall Street Journal"-ın görüşdən xəbəri olan üç mənbəyə əsaslanan hesabatına görə, Trampın mayın 18-19-da bəzi Avropa ölkələrinin liderləri ilə telefon danışıqları ilə bağlı yeni iddia irəli sürülüb.
Qeyd edək ki, Trampın mayın 18-də Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, İtaliyanın baş naziri Giorgia Meloni və Böyük Britaniyanın baş naziri Keir Starmer ilə görüşdüyü, həmçinin Trampın mayın 19-da telefon danışığında Ukrayna prezidenti Vladimir Zelenski və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə görüşdüyü bildirilib.
Aytən Yaşar/ Turkustan.az