Prezidentin sevimli içkisi ilə bağlı bilinməyənlər – VİDEO


Prezident İlham Əliyevin müxtəlif səfərləri zamanı çay seçimi ictimaiyyətin diqqətini cəlb edib. Məsələn, dünən Budapeştdə olarkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Nə içirsən?” sualına cavab olaraq İlham Əliyev bildirib ki, ona meyvə çayı verilib, lakin özü adi – yəni qara çay istəyib. Bundan əvvəl, Çində jurnalistlə müsahibəsi zamanı Prezidentin armudu stəkanda qara çay içdiyini göstərən görüntülər yayılıb. Həmçinin Şuşada, Cıdır düzündə paxlava ilə çay içməsi və İsa Bulağında yenidən qara çaya üstünlük verməsi də ictimai maraq doğurub. Bu nümunələrdən açıq şəkildə görünür ki, Prezidentin menyusunda əsas yer tutan içkilərdən biri məhz qara çaydır.

Globalinfo.az-a danışan qida üzrə mütəxəssis Ağa Salamov deyib ki, çaya rəng verən birləşmələr damar çəpərlərini möhkəmləndirir və daxili qanaxmaların qarşısını alır:

“Çay təzyiqi də tənzimləyir. Bununla yanaşı, onun tərkibi B2, C, E vitaminləri, kalsium, kalium maqneziumla zəngin olduğu üçün dəri ağardıcı təsirə malikdir. Amma mütəmadi olaraq içilməməlidir. Məsələn, gün ərzində 2 və ya 3 stəkanla kifayətlənməliyik. Çox zaman biz bir çayniki qabağımıza qoyub onu tükədirik. Bu mənada diqqətli olmaq lazımdır, çünki faydaları ilə yanaşı, zərərləri də var”.

aga

Ağa Salamov

Mütəxəssis bildirib ki, çay çox içilən zaman dəmir çatışmazlığı yaradır:

“Məsələn, yeməkdən dərhal sonra çay içmək olmaz. Mayenin sağlamlıq baxımından qidadan 1-2 saat sonra istehlak edilməsi məsləhətdir. Həmçinin çayın tərkibində kofein var. Yəni çox içsək, yuxusuzluğa, əsəb və gərginliyin yaranmasına səbəb olur. Bu məhsulu qaydasında və həddində tükətmək lazımdır. Çayın dəmlənməsindən də çox şey asılıdır. Adətən çayı uzun müddət dəmdə saxlayırlar. Bu isə mədə-bağırsaq sistemində qastrit, mədə xorası kimi müəyyən problemlərə yol açır. Ümumiyyətlə, çay hazırlandısa, bir saat ərzində istifadə olunmalı, daha sonra yenisi ilə əvəzləməlidir”.


MANŞET XƏBƏRLƏRİ