Əsasən Çeçenistandan olan döyüşçülərin birləşdiyi “Axmat” batalyonu Ukraynanın işğal olunmuş ərazisinə ciddi itki verib.
Turkustan.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, mayın 20-də Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində, Skadovsk və Antonovka yaşayış məntəqələri arasında Rusiya işğalçı qüvvələrinin “Axmat” adlanan bölməsinin dörd zabitinin olduğu “UAZ Patriot” markalı avtomobil partladılıb. Partlayış nəticəsində avtomobildə olanların hamısı həlak olub.
Bildirilir ki, birinci partlayışdan sonra ikinci partlayış baş verib. Beləki, maşında daşınan sursat da partlayıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi qeyd edir: "Ukrayna xalqına qarşı törədilən hər bir hərbi cinayətə görə ədalətli cəza olacaq". /AzPolitika.info/