Belarus prezidenti Aleksandr Lukaşenko əmək bazarında qıtlığın qarşısını almaq üçün xarici işçi qüvvəsinin cəlb edilməsinin vacibliyini bəyan edib.
Turkustan.az "BELTA"ya istinadən xəbər verir ki, o, bu barədə kadr məsələləri üzrə müşavirədə bildirib.
"Bütün dünyada olduğu kimi, Asiya və Afrikanın bəzi ölkələri istisna olmaqla, bizdə də işçi çatışmazlığı var", - Lukaşenko qeyd edib.
O, vəziyyətin kritik olmadığını, lakin buna göz yuma bilməyəcəyinə aydınlıq gətirib. Bununla əlaqədar hakimiyyət orqanları ilk növbədə keçmiş SSRİ ölkələrindən olan miqrantları daha fəal şəkildə cəlb etmək qərarına gəlib.
Belarus lideri vurğulayıb ki, respublika fəal kampaniya aparmır, lakin bir çox əcnəbilərin özləri Belarusda işləmək arzusunu ifadə edirlər. Eyni zamanda, kadrların seçilməsində əsas rolu müəssisələr oynamalıdır.
"Onları işə götürün, onlarla müqavilə bağlayın, işləyin”, - deyən Lukaşenko dövlətin bu məsələdə biznesi məhdudlaşdırmayacağını bildirib./publika.az