Ukraynanın xarici işlər naziri Andriy Sybiha Rusiyanın İkinci Dünya Müharibəsində qələbəsinin 80-ci ildönümü münasibətilə elan etdiyi müvəqqəti atəşkəsin saxta olduğunu iddia edib.
Turkustan.az xəbər verir ki, Sybiha, X sosial media platformasında verdiyi yazılı açıqlamada, mayın 7-dən 8-nə keçən gecə, 10-dan 11-nə keçən gecə yarısına qədər qüvvədə olacaq Rusiyanın elan etdiyi atəşkəs rejimini dəyərləndirib.
Sybiha Rusiya ordusunun hücumlarını davam etdirdiyini vurğulayaraq, gecə yarısından bəri atəşkəsin 734 dəfə pozulduğunu bildirib.
Bu müddət ərzində Ukrayna əsgərlərinə qarşı 63 hücuma cəhd edildiyini bildirən Sybiha bu hücumlardan 23-nün hələ də davam etdiyini və hücumlarda 16 idarə olunan bomba və 176 pilotsuz təyyarədən istifadə edildiyini qeyd edib.
Rusiyanın bütün hücumlarına cavab verdiklərini və ABŞ və Avropa ölkələrini hadisələrlə bağlı məlumatlandırdıqlarını qeyd edən Sybiha: "Putin öz vədlərini belə tutmadığı halda heç kimi aldatmasına icazə verməyəcəyik" deyib.
O, Ukraynanın 30 günlük atəşkəsə hazır olduğunu təkrarlayıb.
Aytən Yaşar/ Turkustan.az