Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla görüşüb. Görüşdə İran və ABŞ münasibətləri və Rusiya ilə İran arasında enerji əməkdaşlığı müzakirə edilib.
Turkustan.az xəbər verir ki, İran və ABŞ arasında irəliləyiş olduğu bildirilən danışıqlarda Putin Rusiyanın “ədalətli razılığın” əldə olunması üçün İran və ABŞ arasında dialoqu asanlaşdırmağa hazır olduğunu bildirib.
Kremlin bəyanatında deyilir ki, iki lider ikitərəfli əlaqələri, o cümlədən böyük enerji layihələrinin inkişafını da müzakirə ediblər.
Aytən Yaşar/ Turkustan.az