Bu dəfə ermənilər “fəryad” qopardı – 30 illik “bayram” yasa çevrilir


Ermənistan 1992-ci ildən bu yana 9 may tarixini həm Faşizm üzərində Qələbə Günü, həm də Şuşanın işğalının ildönümü kimi qeyd edirdi. Belə ki, həmin il 8 may tarixində Şuşa rəsmən işğal edilsə də, ermənilər bunu Qələbə Günü ilə birlikdə keçirirdilər. Lakin Azərbaycan ordusunun 2020-ci ildə Şuşanı azad etməsindən sonra ermənilər bu tarixin onlar üçün bayram deyil, yas günü olduğunu söyləyirlər.

Turkustan.az xəbər verir ki, “Oragir” mövzu ilə bağlı erməni ictimaiyyətində sorğu keçirib və onların hələ də Şuşanın işğalı tarixini qeyd edib-etmədiklərini soruşub.

Jurnalistin sualına verilən cavablar isə xüsusi maraqla qarşılanıb. İrəvan sakinlərinin çoxu son 5 ildə bu günü bayram kimi qeyd etmədiklərini bildiriblər.

Onlardan biri ümumiyyətlə Şuşanın işğal tarixinin nə zaman olduğunu bilmədiyi və Qarabağ ermənilərinin adlarını belə eşitmək istəmədiyini söyləyib. Hətta cavab verərkən bəziləri kövrəlib.

Bir digər erməni isə o günün artıq eyd edilmədiyini, Şuşanı geri qaytarmağın onlar üçün çətin olduğunu söyləyib. Sorğuya verilən cavablar sosial şəbəkələrin erməni seqmentində də dəstəklənib, insanlar bu tarixin yavaş-yavaş unudulduğunu bildiriblər.

Qeyd edək ki, Şuşanın işğalı Birinci Qarabağ müharibəsi ərəfəsində ermənilər üçün xüsusi əhəmiyyət kəsb edirdi. Azərbaycanın hələ 1993-cü ildə istehsal etdiyi məşhur “Fəryad” filmində erməni komandirin şəhərin işğalını xüsusi coşqu ilə açıqlamasını əks etdirən səhnə, müstəqillik dövründə ölkəmizin ən unudulmaz və ağrılır ekran işlərindən biri oldu. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ