Rusiya Prezidenti Vladimir Putin Volqoqrad beynəlxalq hava limanına “Stalinqrad” tarixi adının verilməsi barədə fərman imzalayıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“1941–1945-ci illər Böyük Vətən Müharibəsində sovet xalqının Qələbəsinin əbədiləşdirilməsi məqsədilə Volqoqrad beynəlxalq hava limanına 'Stalinqrad' tarixi adının verilməsi qərara alınır”, -Fərmanda bildirilir:
Qeyd edək ki, Stalinqrad döyüşü İkinci Dünya Müharibəsinin ən mühüm dönüm nöqtələrindən biri sayılır və bu adın hava limanına verilməsi simvolik əhəmiyyət daşıyır.