Ötən həftə Azərbaycan futbol tarixinin ən böyük uğuruna imza ataraq UEFA Avropa Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanan "Qarabağ"da futbolçulara ödənilən mükafatlar bəlli olub.
Turkustan.az xəbər verir ki, klub rəhbərliyi bu uğuru yüksək qiymətləndirib. Əsas heyətdə meydana çıxan hər bir futbolçuya 50 min manat mükafat ödənilib. Oyuna sonradan daxil olanlar bu məbləğin 75 faizini alıb. Ehtiyatda qalanlara isə 25 min manat verilib.
Qeyd edək ki, pley-off mərhələsində "Braqa" səddini aşan "Qarabağ" 1/8 finalda "Bayer Leverkuzen"lə üz-üzə gələcək. Komandalar arasında ilk görüş martın 7-də Bakıda, cavab matçı isə 1 həftə sonra Leverkuzendə olacaq. (publika.az)