Rusiyanın Amur vilayətində təlim uçuşu həyata keçirən Tu-95 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb.
Turkustan.az xəbər verir ki, hadisə nəticəsində 7 heyət üzvündən 6-sı həlak olub, 1 nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəza yaşayış olmayan ərazidə baş verib.
Bildirilib ki, təyyarə uçuş zamanı sursatsız olub. Qəza nəticəsində 6 heyət üzvü ölüb, yaralanan digər hərbçi isə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəblərinin araşdırılması üçün Rusiya Aerokosmik Qüvvələrinin komissiyası əraziyə göndərilib.
Aytən Yaşar/ Turkustan.az