III MDB Oyunları: Azərbaycan komandası 8 medal qazandı


Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışları başa çatıb.

Modern.az xəbər verir ki, yarışlar Göygöl Olimpiya İdman Kompleksində təşkil olunub.

Səkkiz idmançımız fəxri kürsüyə yüksəlib.

Azərbaycan təmsilçilərindən Abdullətif Musayev (53 kiloqram), Nihad Rəhimov (64 kiloqram) qızıl, Əbubəkir Hüseynov (98 kiloqram), Rəsul Səmədli (+98 kiloqram), Rüstəm Qasımzadə (58 kiloqram) gümüş, Sadiq Nadirov (79 kiloqram), Mikayıl Əmirov (71 kiloqram ) və Xəzər Əmrahlı (88 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq. /modern.az/


MANŞET XƏBƏRLƏRİ